Onunla nahar etmək üçün 1 milyon avro təklif etdilər

onunla-nahar-etmek-ucun-1-milyon-avro-teklif-etdiler
Oxunma sayı: 5174

Türkiyədə məşhurlaşdıqdan sonra karyerasını İtaliyada davam etdirən aktyor Can Yaman yenidən gündəmə gəlib.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyora Dubayda yaşayan ailədən maraqlı təklif alıb. Belə ki, ailə Canla görüşmək və nahar etmək üçün 1 milyon avro (1 840 500 manat) təklif edib. Lakin o bu təklifi rədd edib.

Qeyd edək ki, 34 yaşlı aktyor Türkiyədə yayımlanan “İnadına aşk”, “Hangimiz sevmedik”, “Dolunay”, “Erkenci kuş”, “Bay yanlış” kimi seriallarda baş rolu oynayıb. 2022-ci ildə dünyaca məşhur brendlər olan “Dolce & Gabbana” və “Mercedes-Benz”in üzü olub. Hazırda isə İtaliyada “Viola come il mare” adlı serialda baş qəhrəmanı canlandırır.