“Onunla yatmadığım üçün işdən qovuldum”

onunla-yatmadigim-ucun-isden-qovuldum
Oxunma sayı: 4756

1971 və 1978-ci illərdə “Oskar” mükafatını qazanan Jane Fonda “EDİT” jurnalına müsahibə verib. 

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 79 yaşlı Fondanın müsahibəsi ölkə ərazisində böyük müzakirələrə səbəb olub. 

ABŞ-lı aktrisa cinsi istismara məruz qaldığını söyləyib:

“Təcavüzə məruz qalmışam. Bundan başqa, müdirimlə yatmadığım üçün işdən qovuldum. Başıma gəlməyən qalmayıb. Ancaq problemlərin mənim günahımdan olduğunu düşünmüşəm. Həmişə deyirdim ki, yəqin ki, mən doğruları danışmamışam, düzgün addım atmamışam”.

Xatırladaq ki, Jane “Klute” və “Coming home” filmlərindkiə obrazına görə iki dəfə “Ən yaxşı aktrisa mükafatına layiq görülüb.
Qeyd edək ki, aktrisanın 3 övladı var.