OPEC müqavilənin müddətini daha 9 ay uzatdı

opec-muqavilenin-muddetini-daha-9-ay-uzatdi
Oxunma sayı: 708

OPEK ölkələri nazirlərinin Vyanada növbəti görüşü olub.

“Qafqazinfo” “Bloomberg”ə istinadən xəbər verir ki, görüşdə neft hasilatını məhdudlaşdıran razılaşmanın daha 9 ay uzadılmasına qərar verilib. Artıq Rusiya yeni qərara razılığını verib.

Səudiyyə Ərəbistanının Energetika naziri Xalid əl Falih müqavilənin 2020-ci il martın sonunadək qüvvədə saxlanılacağını bildirib. Bununla belə, əlavə edib ki, əgər bazar bu müddətdən tez balanslaşarsa, ixtisarların həcmini azaltmaq olar.