“OPEC+” ölkələrinin Vyana iclası zamanı koronavirusun yayılmasının bazara mənfi təsirini nəzərə alaraq neft hasilatının bir az da azaldılması ilə bağlı danışıqlar uğursuzluqla nəticələnib.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, buna qarşı çıxan ölkə Rusiya olub. Rusiya hazırkı şərtlər daxilində ikinci rüb üçün də müqavilənin uzadılmasının kifayət etdiyini düşünür. Bu isə o deməkdir ki, “OPEC+” ölkələrinin sazişi martın sonunda bitəcək.
Qeyd edək ki, müqavilə əsasında OPEC və onun müttəfiqləri, o cümlədən Rusiya 3 ildən çoxdur ki, neft hasilatını azaldıb.
Son xəbərlər
Son Xəbərlər