OPEC+ ölkələrinin sazişi bu gündən qüvvəyə minir

opec-olkelerinin-sazisi-bu-gunden-quvveye-minir
Oxunma sayı: 1325

Bu gündən etibarən OPEC+ ölkələrinin neft hasilatını sutkalıq azaltmaq barədə əldə etdikləri saziş qüvvəyə minir.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, 23 ölkənin qoşulduğu sazişə əsasən, cari ilin may-iyun aylarında hasilatın ümumi azalması sutka ərzində 9,7 milyon barel olacaq. İyuldan başlayaraq dekabrın sonunadək bu rəqəm 7,7 milyon barel təşkil edəcək. 2021-ci ilin əvvəlindən 2022-ci ilin may ayınadək neft hasilatı gündəlik 5,8 milyon barel azaldılacaq.

Xatırladaq ki, OPEC+ ölkələri aprelin 12-də 2020-ci ilin may-iyun aylarında neft hasilatının azaldılması haqda saziş bağlayıb.