OPEK ABŞ-la danışıqlardan imtina etdi

opek-abs-la-danisiqlardan-imtina-etdi
Oxunma sayı: 1690

“OPEK ABŞ-la neft hasilatının həcminin dondurulması ilə bağlı danışıqlar aparmayacaq”.

“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə OPEK-in baş katibi Abdulla Əl-Bədri bildirib.

Onun sözlərinə görə, OPEK neftin hasilatının yanvar ayı səviyyəsinə uyğun dondurulması ilə bağlı ABŞ-dan başqa bütün istehsalçı ölkələrlə danışıqlar aparacaq.

Qeyd edək ki, fevralın 16-da Qətərin paytaxtı Dohada dörd böyük neft ixracatçısı olan Rusiya, Səudiyyə Ərəbistanı, Venesuela və Qətər neft istehsalını yanvar ayı səviyyəsinə uyğun dondurmaq qərarı alıb.