“OPEK dağıla bilər” - İranın neft naziri

opek-dagila-biler
Oxunma sayı: 1151

"İran OPEK üzvü ölkələr tərəfindən edilən istənilən təhdidə cavab verəcək".

 “Qafqazinfo” xəbər verir ki, bu sözləri İranın neft naziri Bijan Namdar Zangane Tehranda OPEK-in baş katibi Məhəmməd Barkindo ilə görüşdən sonra deyib. 

Onun sözlərinə görə, üzv ölkələrin bəziləri İranı təhdid etmək istəsələr, o cavab verməkdən çəkinməyəcək: “Mən cənab Barkindoya dedim ki, OPEK bəzi üzvlərinin birtərəfli mövqeyi səbəbindən dağılmaq təhlükəsi altındadır və təşkilat çökə bilər”.