“Dünya bazarında neftin balanslaşması 2016-cı ilin sonu, 2017-ci ilin əvvəlində baş tuta bilər”.
“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə OPEK-in baş katibi Abdulla əl-Bədri bildirib.
“Bizim hazırda tək problemimiz məhsulun izafi istehsalı ilə bağlıdır. Əgər biz bu problemi həll etsək, dünya bazarında balanslaşma prosesi olacaq”, - deyə baş katib söyləyib.
Xatırladaq ki, aprelin 17-də Qətərin paytaxtı Dohada neft istehsalçılarının görüşü olub. Görüşdə Rusiya, Səudiyyə Ərəbistanı, İran, Qatar, Venesuela, Ekvador, Əlcəzair, Nigeriya, Oman, Küveyt, Birləşmiş Ərəb Əmirliklərinin rəsmiləri qatılıb. Onlar neft hasilatının həcminin dondurulması məsələsini müzakirə ediblər. Görüşdə Azərbaycanın energetika naziri Natiq Əliyev də iştirak edib.
Lakin Doha görüşü də nəticəsiz sonlanıb. Norveçin, İranın və Liviyanın görüşə qatılmaqdan imtina etməsi, Səudiyyə Ərəbistanının İran ilə ziddiyyətli münasibətləri neftin hasilatının “dondurulmasına” imkan verməyib.
Son xəbərlər
Son Xəbərlər