“Qafqazinfo” musavat.com-a istinadən xəbər verir ki, məlumatı “Rossiya 24” telekanalı yayıb.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, Aqamu Yenaqoa şəhərində qaçırılıb. Onu qaçıranların şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb. Nigeriyada fəaliyyət göstərən silahlı qruplaşmaların heç biri məsuliyyəti üzərinə götürməyib.
Müşahidəçilər bildirirlər ki, Nigeriyada adamların fidyə qarşılığında qaçırılmasına tez-tez rast gəlinir. Tanınmış siyasətçi və məmurların qohumlarının da qaçırılması adi hala çevrilib.
Diezani Alison-Madueke OPEK prezidenti vəzifəsini 1 yanvar 2015-ci ildən bir illik tutub. O, təşkilatın tarixində ilk qadın sədrdir.
Son xəbərlər
Son Xəbərlər