OPEK+ sazişinin müddəti uzadılıb

opek-sazisinin-muddeti-uzadilib
Oxunma sayı: 1144

OPEK+ ölkələrinin nazirləri bu ilin sonuna qədər neft hasilatının bərpa edilməsi barədə qərarı təsdiq ediblər. 

“Qafqazinfo” xəbər verir ki, bu haqda məlumat OPEK-in rəsmi saytında yer alıb.

Məlumata əsasən, nazirlər bazar günü baş tutan görüş zamanı həmçinin OPEK+ sazişinin müddətinin 2022-ci ilin sonuna qədər uzadılması ilə bağlı qərara da razılıq veriblər. 

Bununla yanaşı, 2022-ci ilin may ayından etibarən bəzi ölkələr üçün neft hasilatı barədə baza səviyyəsində dəyişiklik ediləcək. 

Beləliklə, Rusiya və Səudiyyə Ərəbistanı üçün bu səviyyə sutkada 11 milyon barreldən 11,5 milyon barrelə, BƏƏ üçün 3,17 milyon barreldən 3,4 milyon barrelə, İraq üçün 4,65 milyon barreldən 4,8 milyon barrelə, Küveyt üçün isə 2,8 milyon barreldən sutkalıq 2,96 milyon barrelə qaldırılacaq.

Xatırladaq ki, OPEK+ ölkələrinin növbəti iclası sentyabrın 1-i keçiriləcək.