Gəncədə ölümlə nəticələnən yol nəqliyyat qəzası baş verib.
“Qafqazinfo”nun verdiyi məlumata görə, hadisə şəhərin Qərb çıxışında qeydə alınıb.
Məlumata görə, Göygöl rayon sakini, 1986-cı il təvəllüdlü Hacıyev Elnay Əlyar oğlu idarə etdiyi “Opel” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil maneəyə çırpılıb. Qəza zamanı sürücü ölüb. Sərnişin, Göygöl rayon sakini, 1988-ci il təvəllüdlü İbrahimov Ruslan Şahbaz oğlu isə bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Elmar Əli
Son xəbərlər
Son Xəbərlər