“Opel” və “Hyundai” toqquşdu, yaralı var

opel-ve-hyundai-toqqusdu-yarali-var
Oxunma sayı: 1729

Abşeron rayonu, Novxanı kəndində “Opel” və “Hyundai” markalı iki minik avtomobili toqquşub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, hadisə yerinə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Onlar müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan “Opel” markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.