“Opel” yanıb

opel-yanib
Oxunma sayı: 784

Bərdədə yanğın hadisəsi qeydə alınıb.

“Qafqazinfo” FHN-in saytına istinadən xəbər verir ki, yanğın rayonun Əyricə kəndində "Opel" markalı minik avtomobilində başlanıb. Nəticədə avtomobil mühərrik və salon hissəsi yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.