“Opel”lə adam öldürən oğlan özü də bədbəxt oldu

opelle-adam-olduren-oglan-ozu-de-bedbext-oldu
Oxunma sayı: 1560


“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, prosesdə hökm oxunub. Hökmə əsasən, E. Mikayılov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, Bakı şəhər sakini 1984-cü il təvəllüdlü Emin Mikayılov idarə etdiyi 10 SC 096 dövlət nömrə nişanlı, “Opel” markalı avtomaşını yolun kənarındakı hasara vurub.

Nəticədə E. Mikayılovun sərnişini Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü Fəttah Əhmədov hadisə yerində ölüb, sürücü və avtomobildə olan digər sərnişinləri Nizami Əhmədov, Elçin Ələmov və Əlizamin Əhmədzadə isə ağır xəsarətlə 3 saylı Klinik Xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.