Opera və Balet Teatrı repertuarını dəyişdirdi

opera-ve-balet-teatri-repertuarini-deyisdirdi
Oxunma sayı: 668

Fevralın 4 və 5-də nümayiş olunması nəzərdə tutulan Ciokkino Rossininin “Sevilya bərbəri”, Qara Qarayevin “Leyli və Məcnun” operalarının və Migel de Servantesin “Don Kixot” əsəri əsasında hazırlanmış tamaşanın vaxtı dəyişdirilib.

Teatrın mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, tamaşaların teatrsevərlərə nə vaxt təqdim olunacağı yaxın günlərdə müəyyənləşdiriləcək.

Bununla yanaşı, havaların kəskin soyuması burada çalışan istər yaradıcı, istərsə də texniki işçilərin əmək fəaliyyətinə heç bir problem yaratmayıb. Hazırda teatrda cari ildə ilk təqdimatı nəzərdə tutulmuş tamaşalar üzərində ciddi məşqlər aparılır.