“Operativ Qərargahın iclasında nazirlər çox yaxın oturur”

operativ-qerargahin-iclasinda-nazirler-cox-yaxin-oturur
Oxunma sayı: 4225

Parlamentin bugünkü iclasında "Milli Məclisin deputatının statusu" haqda qanuna dəyişiklik müzakirə edilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, deputat Tahir Kərimli çıxış edərək karantin rejimində qaydaların deputatlara tətbiq edilməməsi fövqəladə hal elan olunarsa da, qüvvədə olub-olmayacağına aydınlıq gətirilməsini istəyib:

“Həmçinin, bəzi iclaslar qapalı keçirilə bilər. Eyni zamanda, bəzi deputatların iclaslara internet vasitəsilə qatılması təklif olunur. Bəs qapalı iclaslara deputatlar internet vasitəsilə qatılsa, bunun təhlükəsizliyinə təmin etmək mümkün olacaqmı?”.

T.Kərimli hökümət üzvlərinə də bəzi iradlar tutub: “Operativ qərargahın tələblərinə biz riayət edirik. Amma onların iclasında hökümət üzvləri çox yaxın oturur. Özləri yaxın oturub bizə deyirlər, məsafə saxlayın. Bu da hesab edirəm ki, düzgün anlaşılmır”.