“Öpüşməkdən çəkinmirik...” - Adriana Lima

opusmekden-cekinmirik
Oxunma sayı: 730

Braziliyalı model Adriana Lima və türkiyəli yazar Metin Hara münasibətləri barədə ilk dəfə açıqlama veriblər. 

“Qafqazinfo” Hüriyyet qəzetinə istinadən xəbər verir ki, cütlük reklam üçün sevgili olmaqları barədə yayılan şayiələrə də aydınqlıq gətirib. 

Adriana “Mən 35 ildir ki, Metini gözləmişəm. Əl-ələ tutub həyatımızı yaşayacağıq. Biz öpüşməkdən çəkinmirik. Münasibətimizin saxta olduğunu düşünənlər də bizi izləməyə davam edəcək” deyib.  

Metin Hara isə homoseksual olması barədə yayılan xəbərlərə münasibət bildirib. 

“Zəngin deyiləm, amma mənim könlüm zəngindir. Mənim homoseksual olduğumu, bu səbəbdən “Yol” adlı kitabımı yazdığımı düşünürlər. Homoseksual deyiləm, münasibətlərimdən bəllidir. Aslı Tandoğan, Ekin Türkmen, Müge Boz kimi sevgililərim olub.  Hamısı da gözəl ruhlu insanlardır”.