Oqtay Əsədov Çinə səfər edəcək

oqtay-esedov-cine-sefer-edecek
Oxunma sayı: 1323

Milli Məclisinin sədri Oqtay Əsədovun rəhbərliyi ilə parlament nümayəndə heyəti Ümumçin Xalq Nümayəndələri Yığıncağının sədri Li Canşunun dəvəti ilə iyunun 19-dan 23-dək Çin Xalq Respublikasında rəsmi səfərdə olacaq.

"Qafqazinfo" xəbər verir ki, səfər zamanı Ümumçin Xalq Nümayəndələri Yığıncağının rəhbərliyi ilə keçiriləcək görüşlərdə iki ölkə arasında münasibətlərin, o cümlədən parlamentlərarası əlaqələrin inkişafına dair müzakirələr aparılacaq.