Oqtay Əsədov imperatorla görüşdü

oqtay-esedov-imperatorla-gorusdu
Oxunma sayı: 1029


“Qafqazinfo” Azərtac-a istinadən xəbər verir ki, Milli Məclisin sədrini Tokioda salamlamaqdan məmnunluğunu bildirən Yaponiya İmperatoru qeyd edib ki, parlamentlər arasında mövcud olan dostluq əlaqələri 2 ölkənin əməkdaşlığının inkişafında mühüm rol oynayır.

Oqtay Əsədov artıq Azərbaycan qazının Avropaya nəqli ilə bağlı yeni layihələrin reallaşması istiqamətində mühüm addımların atıldığını qeyd edib. Sədr  vurğulayıb ki, Yaponiyanın Azərbaycan iqtisadiyyatına böyük həcmdə investisiya yönəltməsi ilə yanaşı, Azərbaycanın həyata keçirdiyi nəhəng layihələrdə bu Gündoğar ölkənin şirkətləri də yaxından iştirak edirlər.

İki ölkə arasında humanitar sahədə əlaqələrin sürətlə inkişaf etdiyini vurğulayan Oqtay Əsədov hazırda Bakı Dövlət və Azərbaycan Dillər universitetlərində 100-dən artıq tələbənin yapon dilinin incəliklərini öyrəndiyini qeyd edib.

Görüşdə Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə və İmperator sarayının rəsmiləri də iştirak ediblər.