“Qafqazinfo” xəbər verir ki, bu haqda AzadlıqRadiosuna Oqtay Gülalıyevin özü məlumat verib.
Əli Gülalıyev xuliqanlıqda ittiham olunur. O, 2013-cü ilin sentyabrında təhsil aldığı 165 saylı məktəbdə davada iştirakda ittiham olunur.
Oqtay Gülalıyev deyir ki, nə işdə zərərçəkən kimi adı keçən şagird Bayram Sultanov, nə də onun nümayəndəsi budəfəki iclasda da iştirak etməyib.
Ötən il sentyabrın 24-də Oqtay Gülalıyevin 17 yaşlı oğlu Əli Gülalıyevi 3-4 nəfər döyüb. Sonra isə o, bıçaqlanıb. Oqtay Gülalıyev oğlunun bıçaqlanması ilə əlaqədar hüquq-mühafizə orqanlarına müraciət etmişdi.
Oqtay Gülalıyev oğluna qarşı qaldırılan iddianı özünün siyasi fəaliyyəti ilə əlaqələndirir.
Son xəbərlər
Son Xəbərlər