Oqtay Şirəliyev nazirin klinikasını bağladı

oqtay-sireliyev-nazirin-klinikasini-bagladi
Oxunma sayı: 4009


“Qafqazinfo” xəbər verir ki, bu barədə xəbəri Avropa.info saytı yayıb. Məlumata görə, "Liman” klinikasının rəhbərliyi işçilərə iyunun 30-dan klinikanın müvəqqəti olaraq təmirə bağlandığını bildirib. İşçilərə vəd olunub ki, qısa zamanda iş öz ahənginə dönəcək.

Səhiyyə Nazirliyinin rəsmi saytında isə "Liman” klinikasının daxil olduğu MMC-nin lisenziya müddətinin iyunun 26-da bitdiyi qeyd edilib. Klinikanın da məhz bu səbəbdən - lisenziya müddətinin uzadılmaması – bağlandığı ehtimal edilir.

Qeyd edək ki, "Liman” klinikası 7 ildir fəaliyyət göstərirdi. Onun real sahibinin Nəqliyyat naziri Ziya Məmmədov olduğu iddia edilir.