Oqtay Şirəliyevdən yeni təyinat

oqtay-sireliyevden-yeni-teyinat
Oxunma sayı: 3708

Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinə yeni təyinat olub.

Səhiyyə Nazirliyindən “Qafqazinfo”ya daxil olan məlumata görə, nazir Oqtay Şirəliyevin 4 aprel tarixli əmrinə əsasən Səhiyyə Nazirliyinin Tibbi Yardımın Təşkili şöbəsinin müdiri Gülmirzə Poladov yeni vəzifəyə keçməsi ilə əlaqədar tutduğu vəzifədən azad edilib.

O, Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktor müavini təyin olunub.