“Ora bir cavan oğlan qoyublar, kiminsə qohumudur...” - - Yenilənib

ora-bir-cavan-oglan-qoyublar-kiminse-qohumudur-
Oxunma sayı: 7662


"Qafqazinfo" xəbər verir ki, bu təkliflə millət vəkili Çingiz Qənizadə Bakı şəhərində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üzrə fəaliyyətə həsr olunan tədbirdə çıxış edib. 

O bildirib ki, Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin rəhbərliyinə bir cavan oğlan qoyublar. O da kiminsə qohumudur deyə həmin vəzifəyə sahib olub. Sözügedən qurum yol hərəkətini səmərəli tənzimləyə bilmir".

Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) rəhbəri Elnur Abdullayevdir.

Qeyd edək ki, adıçəkilən tədbirdə tənqid olunması ilə bağlı gündəmə gələn Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin rəhbəri ilə bağlı maraqlı faktlar ortaya çıxıb. Millət vəkili Çingiz Qənizadənin kiminsə yaxın qohumudur deyə ittiham etdiyi şəxs Elnur Abdullayev Ziya Məmmədovun oğlu Anar Məmmədovun yaxın dostudur. E. Abdullayev eyni zamanda Anar Məmmədovun biznesinin idarə olunmasında ona yaxından köməklik edir. O, həmçinin A. Məmmədovun prezidenti olduğu Azərbaycan Qolf Federasiyasında müavin vəzifəsini daşıyır. 

Bildirək ki, dövlət büdcəsindən NİİM-nə 94 milyon vəsait ayrılıb. Ancaq paytaxtda nəinki nəqliyyatın intellektual idarə olunması, eyni zamanda nəqliyyat xaosu indiyə kimi aradan qaldırılmayıb.

Murad Əhməd