“Oracle”ın baş direktoru dünyasını dəyişdi

oraclein-bas-direktoru-dunyasini-deyisdi
Oxunma sayı: 1222

Proqram təminatı sahəsində ən iri şirkətlərdən biri olan “Oracle”ın baş direktoru Mark Herd dünyasını dəyişib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, direktor 62 yaşında vəfat edib. Ötən aydan herdin səhhətində problem yarandığından şirkətdəki işlərini dayandıraraq məzuniyyətə çıxıb.

Qeyd edək ki, Mark Herd 2014-cü ildən “Oracle”ın baş direktorudur.