“Orada minaya düşmək riski çox yüksəkdir” - Xəbərdarlıq

orada-minaya-dusmek-riski-cox-yuksekdir
Oxunma sayı: 2589

“Müharibəyə məruz qalmış bütün bölgələrdə əhali arasında maarifləndirmə işləri aparılır, vətəndaşlara təhlükəli ərazilərə daxil olmamaları və naməlum əşyalara toxunmamaları ilə bağlı xəbərdarlıq olunur”. 

“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Qəzənfər Əhmədov bu gün keçirilən mətbuat konfransında bildirib. 

O qeyd edib ki, həmin bölgələrdə əhalinin ən çox hərəkət etdiyi yerlərə kiçik plakatlar və lövhələr yerləşdirilib: “Naməlum əşya ilə rastlaşarkən dərhal 102 xidmətinə, FHN-nin “Qaynar xətti”nə, həmin rayon və şəhər üzrə polis bölmələrinə məlumat vermək lazımdır. Vətəndaşları işğaldan azad edilən ərazilərə daxil olmamağa çağırırq. Çünki orada minaya düşmək riski çox yüksəkdir. Yaxın gələcəkdə işğaldan azad olunmuş ərazilərdə ilk növbədə yollar partlamamış hərbi sursat və minalardan təmizlənəcək və insanların öz doğma torpaqlarına qayıtmasına şərait yaradılacaq”.

Q. Əhmədov qeyd edib ki, vətəndaşların öz dədə-baba yurdlarına bir an öncə getmək istəmələri anlaşılandır. Lakin onlardan həmin torpaqlar tam təmizlənənədək bu ərazilərə getməkdən çəkinmələri xahiş olunur.

Gülnar Əliyeva