“Orada mәnә tanış futbolçular var” - Kapitan

orada-mn-tanis-futbolcular-var
Oxunma sayı: 889

Qazaxıstan millisi yoldaşlıq görüşü çərçivəsində martın 29-u yığmamızla qarşılaşacaq.

"Qafqazinfo" xəbər verir ki, Qazaxıstan yığmasının kapitanı Samat Smakov oyun barədə fikirlərini federasiyanın rəsmi saytı ilə bölüşüb:

"Futbolçuların əhval-ruhiyyəsi normaldır. Komandada sağlam ab-hava hökm sürür. Azərbaycan millisi ilə çox qarşılaşmışıq. O yadımdadır ki, nadir hallarda heç-heçə edirdik. Amma qələbələr də olurdu. Azərbaycan millisində mənə tanış olan futbolçular var. Bu komanda döyüşkən və ambisiyalıdır. Fikrimcə, maraqlı oyun alınacaq"