“Oradakı iqtidarın bizə münasibəti yaxşıdırsa...”

oradaki-iqtidarin-bize-munasibeti-yaxsidirsa
Oxunma sayı: 2291

Milli Məclisin deputatı Erkin Qədirli Belarusda keçirilən dünənki prezident seçkilərindən sonra baş verən etiraz aksiyaları ilə bağlı sosial şəbəkələrdəki müzakirələrə münasibət bildirib. 

"Qafqazinfo" xəbər verir ki, deputat bildirib ki, başqa ölkələrdə keçirilən seçkilərdə iki önəmli məsələyə diqqət ayırmaq gərəkdir:

"1) oradakı iqtidarın bizə münasibəti; 2) Müxalifətin münasibəti.

Oradakı iqtidarın bizə münasibəti yaxşıdırsa, onun rəqiblərini dəstəkləməyin heç bir anlamı yoxdur. Oradakı iqtidarın bizə münasibəti yaxşı deyilsə, onda müxalifətin bizə münasibətinə baxmaq lazımdır. Müxalifətin bizə münasibəti yaxşıdırsa, onu dəstəkləmək olar. Müxalifətin bizə münasibəti yaxşı deyilsə, onda bu işə qarışmağın anlamı qalmır".