Orban bu gün Trampla görüşəcək - KİV

orban-bu-gun-trampla-gorusecek
Oxunma sayı: 1747

Bu gün Macarıstanın Baş naziri Viktor Orbanla ABŞ-nin keçmiş Prezidenti Donald Tramp arasında görüşün keçirilməsi gözlənilir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən “Bloomberg” agentliyi yayıb. 

Danışıqların Floridada Trampın iqamətgahında baş tutacağı bildirilir. 

Agentlik qeyd edir ki, Orbanın Trampla görüşü Baş nazirin Rusiya Prezidenti Vladimir Putinlə ABŞ-nin sabiq Prezidenti arasında vasitəçi kimi çıxış etməsinə dair narahatlıqları artıra bilər. 

Xatırladaq ki, Macarıstan iyulun 1-dən Avropa İttifaqı Şurasına sədrlik edir. Orban iyulun 2-də Kiyevə, iyulun 5-də Moskvaya səfər edib. O, elə həmin gün Rusiyadan Azərbaycana səfərə gəlib. Baş nazir səfərləri çərçivəsində Ukrayna və Rusiya liderləri ilə münaqişənin nizamlanmasını müzakirə edib, Azərbaycanda isə Türk Dövlətləri Təşkilatının Şuşada keçirilən qeyri-rəsmi sammitində iştirak edib. Orban iyulun 8-də isə Çinə səfər edib.