Macarıstanın Baş naziri Viktor Orban Gürcüstanda rəsmi səfərdədir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə görüntüləri “İmedi” telekanalı canlı yayımlayıb.
Orbanın gürcü həmkarı İrakli Kobaxidze ilə görüşü gözlənilir.
Macarıstanın nümayəndə heyətinə ölkənin xarici işlər naziri Peter Siyarto, iqtisadi inkişaf naziri Marton Nad, maliyyə naziri Mihay Varqa, dövlət katibi Yanoş Nad və digər rəsmi şəxslər daxildir.
Onu da bildirək ki, indiki situasiyada Orbanın Cənubi Qafqaza səfərinin Avropa İttifaqı tərəfindən birmənalı qaşılanmadığı barədə xarici KİV-də xəbərlər yayılıb.