Ordu marixuana yetişdirəcək

ordu-marixuana-yetisdirecek-
Oxunma sayı: 1548


“Qafqazinfo”nun məlumatına görə, bizimyol.info xarici mətbuata istinadən xəbər verir ki, bununla bağlı artıq İtaliya Müdafiə naziri Roberta Pinotti və Səhiyyə naziri Beatris Lorenzin öz razılıqlarını versələr də, marixuananın yalnız dərman preparatlarının hazırlanması məqsədi ilə yetişdiriləcəyini vurğulayıblar: “İtaliyada marixuananın leqallaşdırılmasından söz gedə bilməz”. 

Tibb məqsədi ilə marixuananın hazırlanmasına İtaliya 1990-cı illərin başlanğıcında başlayıb. İtaliya hakimiyyəti preaparatı hazırlmaqdan ötrü xammalı xaricdən almalı olduğuna görə, bu dərman preparatları pasientlərə çox baha başa gəlirdi. Misal üçün, dağınıq sklerozun müalicəsi üçün nəzərdə tutulan terapiyanın bir aylıq müalicə kursu pasientə 700 avroya başa gəlirmiş. Mətbuatda yayılan məlumatlara görə, marixuana əsasında hazırlanan dərmanlar artıq növbəti ildən İtaliya apteklərində satışa buraxılacaq.