“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, statistik göstəricilərə əsasən məlum olub ki, Türkiyə Silahlı Qüvvələrində son 10 ildə intihar edənlərin sayı şəhid sayından çox olub. Belə ki, terrorda şəhid olanların sayı 818, eyni dövr ərzində intihar edən əsgər sayı isə 934 nəfərdir. Son üç il də hesablanarsa, o zaman son 13 ildə əsgər intiharlarının sayı 1141-ə çatır.
2012-ci il üzrə əsgər intiharlarının sayı isə mülki şəxslərin intihar göstəriciləri ilə müqayisədə 2,5 dəfə çox olub. Ölkənin müdafiə naziri İsmət Yılmazın verdiyi məlumata görə, təkcə 2002-2012-ci illər arası türk ordusunun 983 əsgəri intihar edib.
Son xəbərlər
Son Xəbərlər