Ordumuzun döyüş hazırlığı məşğələləri keçirilir - Video

ordumuzun-doyus-hazirligi-mesgeleleri-kecirilir
Oxunma sayı: 2921

Azərbaycan Ordusunun Raket və Artilleriya Qoşunlarının “Msta-S” özüyeriyən haubitsa heyətləri ilə döyüş hazırlığı məşğələləri keçirilir.

Bu barədə "Qafqazinfo"ya Müdafiə Nazirliyindən məlumat verilib. 

Həyacan siqnalı ilə qaldırılan heyətlər atəş mövqelərinin dəyişilməsi və şərti döyüş zamanı düşmən hədəflərinin koordinatlarının təyin edilməsi suallarını məşq ediblər.

Döyüş atışları icra edən heyətlər şərti düşmənin müxtəlif məsafələrdə yerləşən hərbi texnikası və mühəndis fortifikasiya qurğularını məhv ediblər.