Cəbhənin Ağdam rayonu istiqamətində mina partlaması nəticəsində Şəki rayonunda anadan olmuş 1979-cu il təvəllüdlü Azərbaycan Respublikası Silahlı Qüvvələrinin giziri Məmmədov Şamo Əhməd oğlu yaralanıb.
“Qafqazinfo”nun Müdafiə Nazirliyinin saytına istinadən məlumatına görə, yaralı gizirə ilkin tibbi yardım göstərildikdən sonra Silahlı Qüvvələrin Baş Klinik Hospitalına təxliyyə edilib.
Hazırda hərbi qulluqçu həkimlərin tam nəzarəti altındadır. Vəziyyəti stabildir, həyatı üçün təhlükə yoxdur.
Son xəbərlər
Son Xəbərlər