Lənkəran şəhərinin Mədəniyyət Mərkəzində Şəhər İcra hakimiyyətinin başçısı, İcra aparatının, hüquq-mühafizə orqanlarının rəhbər işçilərinin, qeyri-hökumət təşkilatlarının, siyasi partiyaların, kütləvi informasiya vasitələrinin təmsilçilərinin, ictimaiyyət nümayəndələrinin ümumilikdə 550 nəfərin iştirakı ilə ümumrayon toplantısı keçirilib.
“Qafqazinfo” xəbər verir ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov toplantını açaraq qeyd edib ki, cəbhə bölgəsinin təmas xəttində erməni hərbi birləşmələrinin təxribat əməllərinə Azərbaycan Ordusu güclü zərbə ilə cavab verərək düşməni sarsıdıcı məğlubiyyətə uğradıb. Bu uğurlu əməliyyat sayəsində işğal olunmuş torpaqların bir hissəsi, bir neçə yaşayış məskəni azad olunub, düşmənin yüzdən çox canlı qüvvəsinin və hərbi texnikasının məhv edildiyi bildirən başçı Milli Ordumuzun 12 əsgərinin də qəhrəmancasına şəhid olduğunu söyləyib və yığıncaq iştirakçıları vətən torpaqları uğrunda həlak olmuş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla ehtiramla yad ediblər.
Çıxış edən Şəhid atası, Qarabağ əlili, müharibə veteranı, gənclər, gənc əsgər anası dünya ictimaiyyətini Azərbaycan xalqına qarşı törədilən ədalətsizliklərə qarşı səslərini ucaltmağa çağırıblar.

Son xəbərlər
Son Xəbərlər