Orhan Gencebay Gülşendən üzr istədi

orhan-gencebay-gulsenden-uzr-istedi
Oxunma sayı: 3830

Türkiyənin məşhur sənətçisi Orhan Gencebay tanınmış müğənni Gülşendən üzr istəyib.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb O.Gencebayın Gülşenin səhnə geyimi ilə bağlı danışması olub.

Belə ki, sənətçi jurnalistlərə açıqlamasında əvvəllər səhnə geyimlərinin fərqli olduğunu, indiki kimi olmadığını demişdi:

“Biz alt paltarı ilə səhnəyə çıxmırdıq, indi dövr dəyişib. Bu ədəblə, ağılla, əsərlə bağlıdır. Hər şeydən əvvəl insana yaraşmalıdır”.

O.Gencebayın bu açıqlamasına görə Gülşen “Namus” adlı mahnısını oxuduqdan sonra deyib: ““Namuslu görünmək kimlərə qalıb” deyərək, buna nöqtə qoyuram”.

Bundan sonra Orhan Gencebay “Söylemesem olmaz” verilişində sözlərini Gülşenə aid etmədiyini bildirərək üzr istəyib: “Səhv başa düşülübsə üzr istəyirəm, Gülşen mənim övladımdır”.

Qeyd edək ki, son günlərdə səhnəyə alt paltarında çıxan Gülşenin səhnə geyimi geniş müzakirələrə səbəb olub.