“Qafqazinfo” xəbər verir ki, bu sözləri axşam.az-ın əməkdaşı ilə söhbətində müğənni Ayan Babakişiyeva deyib. Sənətçi həyat tərzindən danışıb:
“Bütün günü nə qədər problemlə üzləşirik. Amma gecə yerimizə uzananda nələrisə xəyal edirik. Həyatımı xəyallarımın üzərində qururam. Mənim həyatıma müdaxilə edib yaşayanlar var. Onlar bədbəxtdir. Heç yadıma düşmürsünüz. Məni unudun. Sosial şəbəkədə şəkil paylaşıram. Yanımda olan insan sevgilim deyil ki...
Şəkil çəkdirdiyim adam dostum ola bilər. İnsanlar fotoya elə sözlər yazırlar... Dəhşət... Heç kimi qınamayın. Şəxsi həyatımı heç kim bilə bilməz. Tənqidi təhqirə keçirməyin. Müğənniyəm, məni efirdən tanıyırsınız. Amma bilmirsiniz ki, necə və harada yaşayıram. Heç kəsin babalını yumayın”.
Son xəbərlər
Son Xəbərlər