ABŞ-ın Florida ştatının Orlando şəhərində daha bir atışma baş verib.
“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 16 və 18 yaşlarında iki gənc ölüb. Onların meyiti evlərinin yaxınlığındakı qazonun üzərində tapılıb.
Şahidlər hadisə baş verən ərazidə tünd rəngli avtomobiliin sürətlə ordan uzaqlaşdığını gördüklərini söyləyiblər.
Qeyd edək ki, bir neçə gün öncə Orlandoda “Pulse” gecə klubunda atışma olub. Hadisə nəticəsində 50 nəfər ölüb, 53 nəfər yaralanıb.
Son xəbərlər
Son Xəbərlər