Azərbaycanda orqan transplantasiyasını gözləyən şəxslər üçün vahid növbəlilik sisteminin yaradılması təklif edilib.
“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı deputat Siyavuş Novruzov bildirib.
“Növbəliliyin təşkili və növbəliliyin tətbiq olunması sosial şəbəkəyə bənzər sistem vasitəsilə olsun ki, hər bir vətəndaş orqan transplantasiyası üçün növbədə neçənci olduğunu görə bilsin. Yəni burada kimin cibi qalındır, kimin nazikdir deyə heç bir ayrıseçkilik olmasın. Hər bir vətəndaş üçün əlçatanlığı təmin etmək üçün növbəlilik sisteminin vahid siyahısı açıq şəkildə dərc olunmalıdır”.
O, həmçinin qeyd edib ki, həkimlərin müvafiq diaqnozu və qərarı olarsa, növbə gözləyən şəxslərə, xəstələrə növbədənkənar orqan köçürülə bilər.
Eldar Tanrıverdi
Son xəbərlər
Son Xəbərlər