“Orqanlarını mənə bağışlamaq istəyirdilər”

orqanlarini-mene-bagislamaq-isteyirdiler
Oxunma sayı: 3381

“Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mənə maddi və mənəvi dəstək olmasaydılar, bu gün burada olmayacaqdım. Heydər Əliyev Fonduna minnətdarlığımı bildirirəm. Xalqımızı çox sevdiyimi bilirdim. Bu hadisələrdən sonra başa düşdüm ki, az sevmişəm”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Türkiyədə müalicə alaraq xərçəngə qalib gələn Xalq artisti Ağadadaş Ağayev deyib.

Məşhur müğənni dünən Azərbaycana qayıtdıqdan sonra “Günün sədası” proqramında qonaq olub. O, çətin günlər yaşadığını qeyd edərək 4 dəfə əməliyyat olunduğunu bildirib:

“Bundan sonra aktiv musiqi fəaliyyətinə başlayacam. İnsanların rəyini oxuyanda göz yaşlarımı saxlaya bilımirdim. Xəstəlik vaxtı özümü Allaha təslim etdim. Mən 4 dəfə əməliyyat olundum. Bildim ki, Allah sevgisi olmasa, bu işin içindən çıxmaq mümkün deyil. Allah insanı xüsusi sevgi ilə yaradır. Allahın mərhəmətindən bizə də pay düşür. Sözlə ifadə etmək olmur, bəzi şeyləri yaşamaq lazımdır.

Həyatımda ilk dəfə bu qədər müddətdə ölkəmdən uzaq düşdüm, üç ay müalicə aldım. İnsanlar mənə zəng edirdilər ki, orqanlarını bağışlasınlar. Telefonda danışarkən ağlayırdılar”.