Orta aylıq əməkhaqqının artacağı gözlənilir

orta-ayliq-emekhaqqinin-artacagi-gozlenilir
Oxunma sayı: 3687

Azərbaycanda bu il orta aylıq əməkhaqqının 990,0 manat olması proqnozlaşdırılır. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə məsələ “Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinə dair izahatda bildirilib. 

Qeyd edilib ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən 2023-cü ildə təqdim edilmiş məlumatlarda 2024-cü il üçün ilkin olaraq orta aylıq əməkhaqqının proqnoz göstəricisi 980,0 manat göstərilib, dəqiqləşdirilmiş makroiqtisadi göstəricilərə əsasən isə bu göstəricinin 990,0 manat olması proqnozlaşdırılır.

Zaur Mirzə