“Qafqazinfo” xəbər verir ki, Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə Ağcabədi şəhərinin Sərdar Bünyadov küçəsində qeydə alınıb. Həmin ünvanda yaşayan 1977-ci il təvəllüdlü Ağayev Ramil Ədil oğlunun asılmış meyiti aşkar edilib. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Polisdən bildirilib ki, R. Ağayev rayonda yerləşən 8 saylı orta məktəbdə hərbi müəllim işləyirmiş.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər