Orta məktəblərlə bağlı komissiya yaradıldı

orta-mekteblerle-bagli-komissiya-yaradildi
Oxunma sayı: 1528


Qurumun İctimaiyyətlə Əlaqələr sektorundan “Qafqazinfo”ya daxil olan məlumata görə, komissiyalar mayın 13-dən iyunun 12-nə və avqustun 12-dən sentyabrın 25-dək fəaliyyət göstərəcək. Müraciətlərin qəbulu və baxılması hər həftənin III və V günləri saat 10:00-dan 16:00-dək həyata keçiriləcək. Həmin gün iş günü olmayan bayram gününə təsadüf etdiyi halda qəbul bir gün əvvəl təşkil olunacaq. 

Apelyasiya komissiyalarının fəaliyyət göstərəcəyi ünvanlar: 

1. Binəqədi-Nəsimi rayonları üzrə - Binəqədi rayonu 276 nömrəli tam orta məktəb (Naxçıvani küçəsi 38) 

2. Səbail-Yasamal rayonları üzrə - Səbail rayonu 2 nömrəli Texniki Humanitar Lisey (B. Sərdarov küçəsi 24) 

3. Nizami-Nərimanov rayonları üzrə - Nizami rayonu 32 nömrəli tam orta məktəb (Özbəkistan küçəsi 3) 

4. Qaradağ rayonu üzrə - Qaradağ rayonu 166 nömrəli tam orta məktəb (Lökbatan qəsəbəsi, Nizami küçəsi 4) 

5. Xəzər-Pirallahı rayonları üzrə - Xəzər rayonu 156 nömrəli tam orta məktəb (Şüvəlan qəsəbəsi, A. İldırım küçəsi 38) 

6. Suraxanı-Xətai rayonları üzrə - Xətai rayonu 95 nömrəli tam orta məktəb (Əhmədli qəsəbəsi, Q. Nəbi küçəsi 13) 

7. Sabunçu rayonu üzrə - 252 nömrəli tam orta məktəb (Bakıxanov qəsəbəsi, Gənclik küçəsi 31)