“Ortada başqa bir oyun var” - Ərdoğan + Video

ortada-basqa-bir-oyun-var
Oxunma sayı: 2308

“Əgər bu seçkilərin nəticələrini xaricdə kimlərsə, İstanbul xalqından daha yaxından izləyir, səhv tutur, sevinir və ya üzülürsə, demək, ortada başqa bir oyun var”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 23-də İstanbulda keçiriləcək təkrar bələdiyyə seçkiləri ilə bağlı danışarkən deyib.

R. T. Ərdoğan daha sonra bunları əlavə edib:

“Ölkəmizin bir qismi böyük oyunu görməkdə çətinlik çəkir. İqtisadi sahədə yaşadığımız sıxıntıların günahını təkcə bizdə görənlər oynanılan böyük oyundan bixəbərdi. Suriya, İraq, Kipr məsələlərini təkcə bu ölkənin problemi hesab edənlər də böyük oyunu görməyənlərdi”.