Ortaq türk dili nə zaman olacaq?

ortaq-turk-dili-ne-zaman-olacaq
Oxunma sayı: 650

“Ortaq türk dilinin olması zamanla mümkün olacaq. Bunun üçün hələ çox zaman var. Bu tezliklə baş verəcək bir proses deyil. Çünki proses uzundur”.

Bunu “Qafqazinfo”ya açıqlamasında TÜRKSOY-un baş katibi Düsen Kaseinov deyib. Onun sözlərinə görə, Qazaxıstan və Qırğızıstan hələ latın əlifbasına keçməyib və bu, artıq çətinliklər yaradır:

“Qarşılıqlı əlaqələr zamanı ortaq dil nə vaxtsa formalaşa bilər. Hazırda hər bir xalq öz dili ilə məşğuldur. Bir çox türkdilli liderlərin öz dillərindən mütəmadi olaraq uzaq durması zamanı da biz çox vaxt itirdik. Sirr deyil ki, türkdilli xalqların liderlərinin hamısı öz dillərində danışmırdı. Buna görə də biz indi müstəqil dövlət olduqdan sonra hər birimiz öz dilimizin inkişafına xüsusi diqqət edirik.

Bu, doğru addımdır. Biz öz dilimizi bərpa etsək və yüz faiz öz dilimizdə danışsaq, o zaman biz onsuz da bir-birimizə yaxın olacağıq. Bu keçid prosesi böyük anlamda davam edir. Burada tələsmək lazım deyil. Latın əlifbası bizim xalqları daha da yaxınlaşdıracaq”.

Günel Türksoy