Oruc bədəni toksinlərdən təmizləyir

oruc-bedeni-toksinlerden-temizleyir
Oxunma sayı: 650

Kaplan iftardan sonra yeyilənlərin yağa çevrilməməsi üçün idmanla məşğul olmağın lazım olduğunu, təravih namazının da idmanı əvəzlədiyini qeyd edib.

Türkiyənin “Zaman” qəzetinə verdiyi açıqlamasında Kaplan bildirib ki, detoks, bədənə müxtəlif yollarla daxil olan və artıq maddə olaraq kənara atılmağı gözləyən zərərli toksinlərdən xilas olmaqdır. Vücudun təmizlənməsi üçün orucun çox faydalı olduğunu qeyd edən Kaplan dinlərin bir çoxunda orucun tövsiyə olunduğuna da diqqət çəkib.

Yeməkdən dərhal sonra idmanla məşğul olmanın vacibliyini bildirən mütəxəssis, orucluların bunu təravih namazına gedərək gerçəkləşdiklərini deyib. “Oruc tutanlar təravih namazına gedir, həm namaz qılmış olur, həm də yol gedərkən idman hərəkətlərini əvəz edə biləcək yüyürüşə çıxırlar” - deyə, Kaplan bildirib.

Qafqazinfo