Cavab: Oruc tutan adamın səhur (obaşdan) yeməsi məsləhətdir. Çünki dinimiz özünə əbəs yerə əziyyət verməyi yaxşı qarşılamır. Peyğəmbərimiz buyurmuşdur ki, səhur edin, çünki səhurda bərəkət var. Əlbəttə, səhur yalnız sübh azanından bir az əvvəl qalxıb yeməkdən ibarət deyil. Adam gecə ərzində doyunca yeyib-içəndən sonra gün ərzində ona bəs edəcək qədər qida ehtiyatı tutduğuna əmin olub yata bilər, sübh azanından sonra qalxıb namazını qıla bilər. Bu cür oruc tutmağın maneəsi yoxdur. İstər qəsdən, istərsə də bilməyərəkdən sübh namazından sonra yuxudan oyanan adam həmin günün orucunu axıra kimi tutmalıdır.
Son xəbərlər
Son Xəbərlər