Oruc tutanların diqqətinə- - Bunlara əməl edin

oruc-tutanlarin-diqqetine-
Oxunma sayı: 2343


“Qafqazinfo”nun məlumatına görə, oruc tutan insanlar iftar vaxtı birdən-birə ağır və tez- tez yemək yeməməlidir. Bu mədə və həzm sistemi üçün təhlükəlidir. Süfrənizdə daha yüngül və doyurucu yeməklərə üstünlük veməklə sağlamlığınızı qoruya bilərsiniz. 

Məsələn, süzmə qatığın içərisinə təzə nanə doğraya bilirsiniz. C vitamini və folik turşusundan zəngin olan nanə yarpaqları, sizi həm isti yay günlərində rahatladacaq, həm də maye itkisi ilə artan mineral ehtiyacınızı qarşılamağa kömək edəcək.

Ayran- Sodalı ayran içməklə mineral ehtiyacınızı qarşılaya bilərsiniz. Eyni zamanda sodalı ayran uzun müddət susuzluğa dözümlülüyü artırır. 

Yemiş, qarpız- Yemiş və qarpız yüksək kalium ehtiva edən meyvələrdir. Kalium mineralı ilə zəngin olan bu bostan meyvələri bədəninizin duz yığılmasının qarşısını alır.

Pul qırmızı bibər- Duz yerinə pul bibər istifadə edin. Qırmızı maddələr mübadiləsinizi sürətləndirir.

Alça- Tərkibində daha çox su olan alça susuzluq mövzusunda sizə dəstək ola bilər.

Zümrüd