Sağlam qalmaq üçün düzgün qidaları doğru miqdarda qəbul etmək labüddür. Ramazan ayında uzun müddət ac qalıb daha sonra çox yeməklə balansı pozmuş oluruq. Nəticədə isə baş ağrıları qaçılmaz olur.
"Qafqazinfo" Medicina.az-a istinadən bu barədə faydalalı məlumatları təqdim edir:
Normal şəraitdə gündə 3 dəfə yemək yeyilir. Müqəddəs ayda isə bu adət iki dəfəyə endirilir. Gün çıxandan batana kimi ac qalmaq qorxusu ilə həddindən çox yemək orqanizmə zərər vurur. Nəticədə həzm sistemi pozulur və ağır fəsadlar biruzə verir. Ramazanda yumurta, süd, yoğurt kimi zülallı, taxıl məhsullar, çərəzlər, duzsuz və yağsız pendirlər, o cümlədən darçınlı qidaları süfrənizdən əskik etməyin.
İmsakda isə mütləq qida qəbulu lazımdır. Xeyli müddət ac qalmaq maddələr mübadiləsinin ləngiməsinə səbəb olur. Duzlu qidalar susuzluq yaratdığı üçün ölçüyə diqqət etməkdə fayda var. Kofeyin tərkibli məhsullardan uzaq durmaq zəruridir.
Ramazan isti mövsümə təsadüf edəndə su ehtiyacı daha çox olur. Ona görə də bol su içməklə bərabər, tərkibində su çox olan meyvə tərəvəzlərə də üstünlük verin. İfatar süfrəsində yetərli maye qəbulu önəmlidir. Ona görə də mütəxəsislər 8 stəkan su içməyi tövsiyə edir.
1-2 stəkan su və 1-2 xurma ilə orucunuzu açın. Bir az fasilədən sonra yeməyə başlaya bilərsiniz. Sağlamlığımız üçün daha bir məqam isə, ilk olaraq şorba ilə yeməyə başlamaqdır.
Son xəbərlər
Son Xəbərlər