Oruc vaxtı yemək yeyənlər şallaqlandı

oruc-vaxti-yemek-yeyenler-sallaqlandi
Oxunma sayı: 1631


“Media forum” saytının məlumatına görə, Fars əyalətinin hüquq mühafizə qüvvələrinin komandanı Əhmədəli Qudərzi jurnalistlərə açıqlamasında deyib ki, oruc tutmayan vətəndaşlar Ramazan qadağalarına hörmətlə yanaşmalıdır: “Bu iki şəxs ictimai yerdə qida qəbul etdiyinə görə cəzalandırılıb və onlardan hər birinə 80 şallaq zərbəsi vurulub. Vətəndaşlar bilməlidir ki, orucluq vaxtı ictimai yerdə yemək yemək şəriət qaydalarına görə haramdır və cinayət sayılır”.

İrandakı islam cəza qanununa görə, Ramazan ayında ictimai yerdə yemək yeyən və ya su içənlər 10 gündən 2 aya qədər həbsə və 80-ə yaxın şallaq zərbəsinə məhkum edilir.