Oruca etiraz edənlərə şallaq cəzası- - İŞİD

oruca-etiraz-edenlere-sallaq-cezasi-
Oxunma sayı: 1872


“Qafqazinfo”Anadolu Agentliyinə istinadən xəbər verir ki, bu barədə İraq Kürd Regional Rəhbərliyi (IKBY) Vəqflər Nazirliyi məlumat yayıb.

Məlumatda girovların İslam qaydalarına riayət etmələri üçün onlara zor tətbiq edildiyi bildirilib.  

Qeyd olunur ki, namaz qılmaq, oruc tutmağa etiraz edənlərə isə şallaq cəzası verilir. Bu, inanc azadlığına müdaxilə kimi qiymətləndirilib. 

Qeyd edək ki, İŞİD  yezidilərin yaşadığı Mosulun 124 kilometr qərbindəki Sincar qəzasını 3 avqust, 2014-cü ildə ələ keçirmişdi. Burada yaşayan xeyli yezidi işgəncələrə məruz qalmışdı.